Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Azad olunmuş ərazilərin 3D xəritəsi hazırlanır

Azad olunmuş ərazilərin 3D xəritəsi hazırlanır
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti digər fəaliyyət sahələrində olduğu kimi, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində də müasir çağrışlara uyğun yeniliklər tətbiq edir, beynəlxalq təcrübədən yararlanır, bu sahədə aparıcı şirkətlərlə əməkdaşlıq edir.
Yenixeber.org: Dövlət Xidməti görülən işlərin kəmiyyət və keyfiyyətinin artırılması üçün coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D xəritələri hazırlanması xidmətləri göstərən “4MAPS Bilgi Teknologileri” MMC ilə əməkdaşlıq edir. “4MAPS Bilgi Teknolojileri” MMC işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq miqyasda elektron xəritə platformalarında düzgün əks olunması, məlumatların dəqiqliyinin təmin edilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Qeyd edək ki, şirkət azad edilmiş ərazilərimizdəki rayon və yaşayış məntəqələrinin, küçə və prospektlərin adlarının, həmçinin, xəritə məlumatları ilə bağlı beynəlxalq saytlarda yol verilmiş təhriflərin düzəldilməsi işini təmannasız yerinə yetirir.

Əmlak Məsələləri Dövlət Xidməti ilə 2020-ci ildə əməkdaşlığa başlayan “4MAPS Bilgi Teknologileri” MMC ilk olaraq işğaldan azad olunmuş ərazilərin yol şəbəkələrinin rəqəmsallaşdırılması, küçə, yaşayış məntəqələrinin adlarının beynəlxalq xəritə platformalarında Azərbaycan dilində göstərilməsinə dəstək olub.
Şirkət tərəfindən həmin ərazilərdə kadastr və ünvan reyestri istiqamətində işlər aparılır, topoqrafik və geometrik məlumatlar xəritəçəkmə xidmətləri göstərən beynəlxalq saytlara inteqrasiya olunur. Bunlardan biri “Amazon”, “Booking.com”, “Mercedes”, “Audi” kimi dünyaca məşhur şirkətlərə xidmət göstərən “Here Global B.V.” şirkətidir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə “Lidar True System” tətbiqi ilə yolların, yol şəbəkələrinin 360 dərəcəli kameralar vasitəsilə 3D xəritəsi hazırlanır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam