Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Azərbaycandakı fintexlər kütləvi ödəniş sistemlərinə birbaşa çıxış istəyir

 

"Azərbaycandakı fintex şirkətlərinə kütləvi ödəniş sistemlərinə birbaşa çıxış verilsə, onlar daha da inkişaf edər".

Yenixeber.org: Bunu Bakıda “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı keçirilən “Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda qurumun İdarə Heyətinin sədri Ruslan Talıbov bildirib.

"Digər məsələ fintexlərin fəaliyyətinin maliyyə xidməti kimi qəbul olunmasıdır. Bu, onları əlavə dəyər vergisi (ƏDV) ödəməkdən azad edər, son nəticədə həm bizə, həm də partnyorlarımıza qənaət etməyə imkan verər. Başqa bir məsələ isə ölkədəki banklarla daha sıx əməkdaşlıq qurulmasıdır. Onlar gələcəkdə kiçik fintexləri alsalar və bu sahədə uğurlu olsalar, sektorun inkişafına təkan olar. Bankların infrastrukturu güclüdür və onlar tənzimləyici qarşısında daha reputasiyalı, daha güclü mövqeyə sahibdir. Fintexlərdə isə banklar üçün cəlbedici məqamlar var. Onlar daha çevikdir, daha geniş seqmentlərə uyğunlaşdırılmış həllərə malikdir ki, bunlar da bankların işinə çox yarayar", - deyə o, qeyd edib.

Bundan başqa, R.Talıbovun sözlərinə görə, son vaxtlar rəhbərlik etdiyi assosiasiya "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Mərkəzi Bankı (AMB) ilə birlikdə fintex sahəsininn inkişafı üçün kifayət qədər addımlar atır: "O cümlədən AMB bu məsələdə həm təşkilatçı, həm də tənzimləyicidir. Sahənin inkişa fı üçün qurunun hazırladığı "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun qəbul edilməsi fintexlər üçün kifayət qədər əlavə imkanlar yaradacaq, onların inkişafına ciddi təkan verəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam