Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik"

“Diplomatik nümayəndəliklərimizə hücum tamamilə qəbuledilməzdir”.

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib.

Nazir bildirib ki, bu, beynəlxalq münasibətlərin təməl prinsiplərinin tapdalanmasıdır: “Çünki diplomatların və diplomatik missiyaların toxunulmazığı beynəlxalq münasibətlərin təməlidir. Diplomatlara hücum mənəvi və hüquqi normalara sığmayan hərəkətdir. Digər tədbirlərlə yanaşı, biz həmin ölkələrə qəti etirazımızı bildirmişik. Çünki Vyana Konvensiyasını qəbul edən hər bir ölkə bu sənədin müddəalarının yerinə yetirilməsinə görə məsuliyyət daşıyır”.

C.Bayramov söyləyib ki, Azərbaycanın diplomatik nümayəndəliklərinə hücum edən bütün cinayətkarlar tapılmalı və cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Çünki cəzasızlıq növbəti təxribatlara yol açır”.

Xatırladaq ki, son günlər bir qrup erməni radikalları Azərbaycanın Fransa, Livan və Gürcüstandakı səfirliklərinə basqın ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam