Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Qazilər Ukrayna səfirliyinin qarşısında Vətən müharibəsi iştirakçısının azadlığa buraxılması tələbi ilə aksiya keçirib

 

Qarabağ qaziləri Ukraynanın Bakıdakı səfirliyinin qarşısında Vətən müharibəsinin iştirakçısı Kiyevdə həbsdə saxlanılan Misir Qasımlının azadlığa buraxılması tələbi ilə aksiya keçirib.

Yenixeber.org:  Aksiya zamanı səfirliyin qarşısında 12 metrlik Azərbaycan bayrağı açılıb, müxtəlif şüarlar səsləndirilib.

Bildirilib ki, M.Qasımlının səhhətində problemlər yaranıb. Aksiya iştirakçıları onun tez bir zamanda azad olunmasını tələb ediblər.

Qeyd olunub ki, artıq Türkiyə və Almaniyada yaşayan həmvətənlərimiz də Ukrayna səfirlikləri qarşısında etiraz aksiyası keçirmək üçün müraciətlər ediblər.

Aksiyada qazi M.Qasımlının anası Xalidə Qasımlı da iştirak edib. X.Qasımlının anası X.Qasımlı aksiya iştirakçılarına təşəkkür edib. O, oğlunun tezliklə azadlığa buraxılmasını istəyib.

Xatırladaq ki, M.Qasımlı və digər Azərbaycan vətəndaşı Sübhan Quliyev Kiyevdə erməni əsilli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, yaxınlarının sözlərinə görə ittihamlar 1 ildən çoxdur ki, sübut olunmur. M.Qasımlı və S.Quliyev Ukraynada paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılırlar. Hazırda onların məhkəmə iclası davam edir. Hər iki şəxs sentyabrın 5-dən aclıq aksiyasına başlayıb, onların səhhətində ciddi problemlər yaranıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam