Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Sumqayıtda külli miqdarda raket mərmisi tapıldı -FOTOLAR

Sumqayıtda külli miqdarda raket mərmisi tapıldı -    FOTOLAR  
Baş Prokurorluq və FHN Sumqayıt ərazisində silah-sursat aşkarlanması barədə birgə məlumat yayıb.
Yenixeber.org: Prokurorluğun Mətbuat xidməti xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 88 ədəd 56mm-lik raket mərmisi, 1 ədəd 70mm-lik raket mərmisi, 6 ədəd 122mm-lik OF-56 top mərmisi, 1 ədəd 152mm-lik OF-29 top mərmisi, 1 ədəd 125mm-lik OF-26 tank mərmisi, 5 ədəd BM-15 tank mərmisi və 1 ədəd 82mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Hazırda faktla bağlı araşdırma aparılır.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam