Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

2021-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayı açıqlanıb

2021-ci ildə ölkəyə gələn xarici vətəndaşların sayı açıqlanıb
2021-ci ildə ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayı ümumilikdə 792 min nəfər təşkil edib.

Yenixeber.org: Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, 2021-ci ildə sərhəd keçid məntəqələrində pandemiya məhdudiyyətlərinin davam etməsi Azərbaycana gələn əcnəbi vətəndaşların sayına əhəmiyyətli dərəcədə təsir göstərməyə davam etmiş, bu isə öz növbəsində, qonşu ölkələrin gəlmə sayındakı payının artması ilə nəticələnib. Ən çox əcnəbinin gəldiyi ilk 15 ölkə arasında qonşu ölkələrin payı xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana gələn əcnəbi vətəndaşların sayına görə Rusiya ilk pillədə qərarlaşıb ki (258,3 min), onu müvafiq olaraq Türkiyə (197,9 min), İran (125,3 min) və Gürcüstan (62,6 min) izləyib.

2021-ci ildə ölkəyə gələn əcnəbi vətəndaşların 84%-i ümumilikdə ilk 5 ölkənin (Rusiya, Türkiyə, İran, Gürcüstan və Ukrayna) payına düşür ki, qeyd edilən ölkələr arasında 2020-ci illə müqayisədə Gürcüstan istisna olmaqla, demək olar ki, bütün ölkələrin gəlmə sayında artım müşahidə edilib. 2020-ci ildə olduğu kimi, Rusiya gəlmə sayına görə liderliyini qorusa da, ikinci pillədə qərarlaşan Gürcüstan mövqeyini Türkiyə və İrana itirərək dördüncü pilləyə qədər geriləyib. Ölkələr üzrə ən yüksək artım tempinin qeydə alındığı İrandan gələnlərin sayı 2020-ci illə müqayisədə 72% artsa da, 2019-cu il üzrə göstəricilərdən 51% geridə qalıb. Analoji olaraq, Rusiya, Türkiyə və Ukraynadan gələnlərin sayında 2020-ci illə müqayisədə müvafiq olaraq 15%, 23% və 3% artım, 2019-cu illə müqayisədə isə 72%, 38% və 71% azalma müşahidə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam