Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

İsraillə münaqişə fonunda İan-ABŞ danışıqları aparılıb

İan İsraillə münaqişənin intensivləşməsi fonunda ABŞ-la birbaşa danışıqlar aparıb
ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Araqçi İsrailin keçən həftə İrana zərbələr endirməsindən sonra böhrana diplomatik son qoymaq məqsədilə bir neçə dəfə telefonla danışıb.

Yenixeber.org: Bu haqda Reuters üç diplomata istinadən məlumat yayıb.

Məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən diplomatların sözlərinə görə, Araqçi bildirib ki, İsrail iyunun 13-də başlayan hücumlarını dayandırmasa Tehranın danışıqlara qayıtmayacaq.

Onlar həmçinin bildiriblər ki, danışıqlarda İrandan kənarda uranı zənginləşdirəcək regional konsorsium yaratmaq məqsədilə ABŞ-ın mayın sonunda İrana verdiyi təklifin də qısa müzakirəsi olub və Tehran bu təklifi indiyədək rədd edib.

ABŞ və İran rəsmiləri “Reuters“in məsələ ilə bağlı sorğusuna cavab verməyiblər.

Məlumatda o da qeyd olunub ki, bu həftəki telefon danışıqları apreldə danışıqlara başlayandan bəri ən əsaslı birbaşa danışıqlar olub.

Tehrana yaxın diplomatlardan birini sözlərinə görə Araqçi Uitkoffa deyib ki, Vaşinqton İsrailə müharibəni dayandırmaq üçün təzyiq etsə, Tehran nüvə məsələsində çeviklik göstərə bilər.

Atilay Məmmədli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam