Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Rus ordusunda elektron komponentlər çatışmır -“Müharibənin gələcək taleyi Çindən asılı olacaq”

“Rus qoşunları hazırda Sovet dövründən qalan texniki təchizatlarla döyüşürlər. Ona görə də müharibənin gələcək taleyi Rusiyanının yeni nəsil elektron komponentləri əldə edib-etməməsindən asılı olacaq”.

Yenixeber.org:  Bu barədə Britaniyanın “Daily Mail” nəşrinin dərc olunan məqalədə bildirilir.

Qeyd olunur ki, müharibənin daha da alovlanması Rusiyanın yüksək texnoloji çiplərə yenidən çıxış əldə edib-etməyəcəyi ilə bağlı ola bilər.

Ukrayna rəsmiləri xəbərdarlıq edib ki, Kreml yarımkeçiricilər, birləşdiricilər, transformatorlar, izolyatorları ABŞ, Tayvan, Böyük Britaniya, Yaponiya və Almaniyadan idxal edir. Lakin sanksiyalar səbəbindən, hazırda bu cür kritik texnologiyanı əldə etmək Rusiya üçün xeyli çətinləşib.

ABŞ-ın ticarət naziri Gina Raimondun sözlərinə görə, çarəsiz vəziyyətdə qalan ruslar hazırda məişət texnikası, o cümlədən qabyuyan maşınlar və soyuducularda belə çip axtarışına çıxıblar.

Məlumatda qeyd olunur ki, Putin çıxışlarından birində Rusiyanın yeni “hipersəs” silahlarıyla bağlı açıqlama verib və bildirib ki, bu silahla dünyanın demək olar ki, istənilən nöqtəsini vurmaq mümkündür.

Lakin Ukraynanın Baş naziri Denis Şmıxal xarici mətbuata açıqlamasında bildirib ki, rus ordsunun arsenalında sadəcə 4 ədəd “hipersəs” raketi qalıb: “Rusiya arsenalında olan belə silahların demək olar ki, yarısından istifadə edib. Bu silahlar sahib olduqları mikroçiplərə görə yüksək atəş dəqiqliyi ilə seçilirlər. Ancaq sanksiyalar səbəbindən Rusiyaya yüksək texnologiyalı mikroçip avadanlıqlarının ixracı dayandırılıb. Ona görə də Rusiya bu cür silahlarını mikroçip avadanlıqlarıyla təmn edə bilmir”.

Kremlin əsas alış-veriş siyahısında Altera, intel, Broadcom, Holt və Cypress kimi bir sıra şirkətlərin mikroçipləri yer alır. Siyahıdakı ən bahalı elementin 937 funt sterlinq dəyəri olan Intel gate massivləri olduğu bildirilir. Qeyd olunur ki, qlobal qıtlıqdan əvvəl bu ciplərin qiyməti 18 funt sterlinq idi. Siyahıdakı ən ucuz cip isə Marvell Ethernet (6 funt sterlinq) ötürücüsüdür.

Bəzi ekspertlər isə hesab edirlər ki, Kremlin döyüş sursatı tükənməsinə baxmayaraq, Qərb Çinin bu çipləri Rusiyaya verərək, müharibəni daha da qızışdırmasına mane ola bilməz. Bu məsələnin həllinin Çinin mövqeyindən asılı olacağı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam