Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Avropa bazarlarında qazın qiyməti sürətlə dəyişir

Avqustda Avropada qazın orta qiyməti 35% artaraq 1000 kubmetr üçün təxminən 2450 dollar təşkil edib.

Yenixeber.org: Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, qaz fyuçersləri avqustda 1000 kubmetr üçün 2100 dollardan başlayıb və ayın birinci yarısında 2000-2200 dollar diapazonunda alınıb-satılıb. Bununla belə, avqustun 15-də kotirovkalar beş ayda ilk dəfə olaraq 2400 dollar qiymət həddini aşıb. Analitiklər bunu Norveçin mədən müəssisələrində aparılan profilaktik işlərlə əlaqələndiriblər.

Daha sonra avqustun 19-da Qazprom “Şimal axını-1” boru kəmərinin fəaliyyətinin 31 avqust – 2 sentyabr tarixlərində müvəqqəti dayandırılması xəbərini anons etdikdən sonra qiymətlər təxminən 8% artaraq 1000 kubmetr üçün 2700 dollar həddini keçdi və bir həftə sonra artıq 3500 dollardan baha satılırdı. Bununla belə, sonrakı bir neçə gün ərzində qazın qiyməti təqribən 1000 dollardan çox ucuzlaşdı. Hazırda qiymət 2197 dollardır.

Qeyd edək ki, avqust ayda qazın orta qiyməti Avropa bazarlarında keçən il həmin dövrdəki qiymətlərdən təxminən dörd dəfə yüksək olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam