Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ombudsmanın nümayəndələri Azərbaycanda məhkum edilmiş Ermənistan vətəndaşları ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.

Yenixeber.org: Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin araşdırılmasından ibarət olub.

MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin 2020-ci il 10 noyabr tarixində imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazisində cinayət əməllərinin törədilməsinə görə məhkum edilmiş Ermənistan vətəndaşları da qəbul edilib.

Konfidensial qəbullar çərçivəsində aparılan söhbət zamanı hər bir məhkum üçün telefon əlaqələrinin, yazışmaların, ailə üzvləri ilə təmasın, məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin təmin olunduğu müəyyən edilib.

Qəbul edilmiş şəxslər saxlanma şəraitindən və rəftardan şikayət etməyiblər.

Başçəkmə zamanı həmin şəxslərə münasibətdə hər hansı bir fərq qoyulmadan beynəlxalq hüquq normalarına uyğun rəftar edildiyi, hüquqlarının, o cümlədən lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam