Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

AMEA-dan Tofiq Hacıyevin istefası ilə bağlı açıqlama

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru, akademik Tofiq Hacıyevin istefasına münasibət bildirib.

"Xeberinfo.com":   Məlumata görə, AMEA-nın mətbuat xidmətinin rəhbəri Baba Əliyev APA-ya bildirib ki, T. Hacıyev öz ərizəsinə əsasən işdən azad olunub.
Onun sözlərinə görə, Dilçilik İnstitutunun direktoru vəzifəsini Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün Nağısoylu icra edir.
B. Əliyev T. Hacıyevin keçmiş direktor müavini Məhəbbət Mirzəliyeva ilə qarşıdurmaya görə istefa verməsinin həqiqətə uyğun olmadığını bildirib: “Akademiyada Tofiq müəllimin böyük hörməti var. Onun istefasında heç bir qalmaqallı məsələ yoxdur. Tofiq Hacıyevin hər hansı işçi ilə münasibətlərə görə istefa verməsi məsələsi gündəmdə ola bilməz. O, sırf buna görə ərizə yazmayıb”.
AMEA-nın mətbuat katibi qeyd edib ki, indiyə kimi T. Hacıyevlə bağlı Dilçilik İnstitutunun işçilərindən AMEA rəhbərliyinə hər hansı şikayət daxil olmayıb: “Tofiq müəllim öz davranışlarına hakim olan insandır və mən Tofiq müəllimin hər hansı işçi ilə kobud rəftarı haqda eşitməmişəm. Onun barəsində AMEA rəhbərliyinə də hər hansı şikayət daxil olmayıb”.
Qeyd edək ki, ötən həftə sonu akademik T. Hacıyev Nəsimi adına Dilçilik İnstitu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam