Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

KİV:Azərbaycandan Avropaya təbii qaz ixracı rekord həddə çatıb

 

Avropa İtiifaqı (Aİ) ölkələri Rusiyadan idxal olunan təbii qazın minimuma endirilməsi şokunu yaşayarkən Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropaya nəql etdiyi qazın gündəlik həcmi 37 milyon m3-ə yüksəlib.

Yenixeber.org: Bu barədə “EADaily” portalı yazıb. Portal iddia edib ki, iyulda 36 milyon m3-lik köhnə rekord qırılıb.

Qeyd edilir ki, qaz nəqli hazırkı tempi qoruyub saxlasa, illik ixrac 13,5 milyard m3-ə çatacaq.

Ekspertlər bildiriblər ki, bu həcm kifayət qədər böyükdür, lakin “Qazprom”un ixracı azaltması nəticəsində yaranan boşluğu doldurmaq üçün kifayət deyil.

Portal vurğulayıb ki, “Qazprom”un təbii qaz nəqlini 40 faiz azaltması nəticəsində hər min m3 qazın qiyməti 2 min 300 ABŞ dollarını keçib.

Avropa İttifaqı rəsmiləri qarşıdakı 5 ildə Xəzər dənizindən hasil edilən təbii qazın tədarükünü hər il 20 milyard m3-ə çatdırmağı hədəfləyirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam