Redaktor seçimi
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Günün xəbəri

Şuşada 5 tarixi abidənin bərpası yekunlaşıb, 3 abidə üzrə işlər aparılır

Artıq Şuşada 5 tarixi abidədə bərpa işləri yekunlaşıb.

Yenixeber.org: Bunu Prezidentin Şuşa şəhəri üzrə xüsusi nümayəndəsi Aydın Kərimov Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin rəhbərlərinin Şuşada keçirilən müşavirəsində deyib.

Prezidentin xüsusi nümayəndəsi bildirib ki, hazırda 3 mühüm abidədə - Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində bərpa işləri aparılır.

Onun sözlərinə görə, bu il üçün nəzərdə tutulan başlıca işlərdən biri də şəhərdə 960 şagirdlik məktəbin inşasıdır.

Aydın Kərimov Prezident İlham Əliyev tərəfindən Şuşa Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulduğunu xatırladıb və əlavə edib ki, yaxın vaxtlarda onun da tikintisinə başlanacaq.

Prezidentin xüsusi nümayəndəsi onu da qeyd edib ki, Şuşada bütün Qarabağ üzrə televiziya və radio yayımının müasir formada təşkili məqsədilə xüsusi Teleqüllənin inşasına başlanılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam