Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

Türkiyə və Azərbaycan daha bir saziş imzalayacaq

                 Türkiyə və Azərbaycan kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı saziş imzalayacaqlar

Yenixeber.org: Bu barədə qonşu ölkənin kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi bildirib.

Nazir qeyd edib ki, 10 ölkə ilə aqrar sahədə əməkdaşlıq barədə sazişin imzalanmasına hazırlıq görülür. Həmin ölkələr arasında Azərbaycanla yanaşı, Venesuela, Qazaxıstan, Sudan və Əlcəzair də var.

Vahit Kirişçinin sözlərinə görə, mümkün ərzaq böhranına qarşı tədbirlər görülür.

İqlim baxımından Türkiyədə istehsal edilməsi çətin olan məhsullar xaricdə icarəyə götürüləcək torpaqlara əkiləcək. Kənd Təsərrüfatı Nazirliyi Latın Amerikası və Afrikanın bir neçə ölkəsində torpaqların icarəyə verilməsi ilə bağlı danışıqlara başlayıb.

"Bizə təkliflər edən ölkələr var: Azərbaycan, Venesuela, Qazaxıstan, Əlcəzair, Sudan. Bununla bağlı danışıqlar gedir", - nazir bildirib.

Nazir əlavə edib ki, sözügedən ölkələrlə əməkdaşlıq üçün işlərə başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam