Partiya sədrləri Həkəri çayına balıq buraxıblar
Zəngilan rayonunda səfərdə olan Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və bir qrup politoloq Həkəri çayına balıq buraxılma mərasimində iştirak ediblər.
Yenixeber.org: Partiya sədrləri prosesə qoşularaq çaya balıq buraxıblar.
Prezident Administrasiyasının təşkilatçılığı ilə həyata keçirilən səfərdə 40 siyasi partiyanın 46 nümayəndəsi, həmçinin 6 tanınmış politoloq, siyasi şərhçi və 19 jurnalist iştirak edir.