Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Səbinə Əliyeva: Ermənistanın azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə ilə bağlı kifayət qədər sübutlar var

 

Ermənistanda əhali arasında dövlət səviyyəsində anti-Azərbaycan və antitürk nifrətinin formalaşdırılması və ötən dövr ərzində daha da inkişaf etdirilməsi uzun illər ərzində Azərbaycana qarşı törədilmiş beynəlxalq cinayətlərin əsas səbəblərindən birini təşkil edib.

Yenixeber.org xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına, xarici ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına ünvanladığı açıq məktubunda qeyd edib.

Bildirilib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı sülh və insanlıq əleyhinə, həmçinin müharibə cinayətləri, soyqırımı, etnik təmizləmə və deportasiya aktları ilə bağlı kifayət qədər əsaslı sübut və dəlillər mövcuddur:

"Bu faktlarla bağlı beynəlxalq qurumlara dəfələrlə müvafiq hesabatlar, bəyanatlar və müraciətlər göndərilsə də, Azərbaycana qarşı tətbiq olunan ikili standartlar nəticəsində həmin beynəlxalq cinayətlərə hələ də adekvat reaksiya verilmir. Xüsusilə təəssüf doğuran hallardan biri də odur ki, son dövrlərdə Ermənistan tərəfindən bu cinayətlərin inkar edilməsi, əksinə beynəlxalq ictimaiyyətdə Azərbaycana qarşı mənfi münasibət yaradılması üçün əsassız iddiaların irəli sürülməsi tendensiyası müşahidə olunur".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam