Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Vilayət Eyvazov Bolqarıstanda səfərdə olub


Bolqarıstanın daxili işlər naziri Boyko Raşkovun dəvəti ilə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkədə iki günlük rəsmi səfərdə olub.

Yenixeber.org:  Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bolqarıstanın Prezidenti Rumen Radev daxili işlər naziri Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın Bolqarıstan üçün strateji tərəfdaş olduğunu söyləyən ölkə rəhbəri dövlətlərimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, hərtərəfli əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, iki ölkə arasındakı dostluq münasibətlərini və Sofiya ilə Bakı arsında ümumi maraq doğuran bir sıra sahələrdə strateji dialoqu yüksək qiymətləndirib, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təşviqinin Bolqarıstanın Azərbaycanla tərəfdaşlığının yüksəldilməsi üçün mühüm amil olduğunu bildirib.

Beynəlxalq arenada hər iki dövlətin bir-birinin müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, olduqca mürəkkəb regionda yerləşməsinə baxmayaraq İlham Əliyevin liderliyi altında respublikanın son illər böyük uğurlara imza atdığını deyən cənab R.Radev Azərbaycanın öz milli maraqlarına xidmət edən müstəqil siyasət apardığını, dünyada nüfuzunun günü-gündən artdığını vurğulayıb, səmimi salamlarını və ən xoş arzularını dövlət başçısına çatdırmağı xahiş edib.

Göstərilən diqqətə, Azərbaycan haqqında xoş sözlərinə, dəyərli fikirlərinə, eləcə də nümayəndə heyətini qəbul etdiyinə görə Bolqarıstan Prezidenti Rumen Radevə təşəkkkürünü bildirən daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Bolqarıstan Prezidentinin diqqətinə çatdırıb.

Daha sonra Bolqarıstanın daxili işlər naziri Boyko Raşkovla general-polkovnik Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı mövcud əlaqələr yüksək qiymətləndirilib, əməkdaşlığın bütün istiqamətlər üzrə bundan sonra daha da möhkəmlənəcəyinə və inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Daxili işlər və təhlükəsizlik sahəsində ikitərəfli əlaqələrin inkişafı və dərinləşməsi imkanları, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizənin diqqət mərkəzində dayandığı, yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının vacibliyi vurğulanıb.

Ölkələrimiz arasında tarixi dostluq əlaqələrinin inkişafını qeyd edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bolqarıstana səfərindən məmnunluğunu ifadə edərək səfərin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığını bildirib. O, bolqarıstanlı həmkarları ilə əməkdaşlığa, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, terrorçuluq, kibercinayətkarlıq, insan alveri, narkotik vasitələrin qeyri-leqal dövriyyəsi, qanunsuz miqrasiya sahəsində təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.

Sonda daxili işlər nazirləri “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyinin Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalayıblar. Qeyd olunub ki, bu Memorandum tədris sahəsində qabaqcıl təcrübə mübadiləsinin imkanlarını genişləndirəcək və polis əməkdaşlarının peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verəcək.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam