Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Türkiyə Bolqarıstanda hücuma keçir, Almaniya hazırlaşmalıdır-ŞƏRH

           Bolqarıstan türkləri birdən-birə nəhəng siyasi qüvvəyə çevrildilər

 

Yenixeber.org: Bolqarıstan hakimiyyəti Ankaranı yerli seçkilərə fəal şəkildə müdaxilə etməkdə günahlandırır. Bu, ölkədəki türk azlığın maraqlarını müdafiə edən “Hüquq və azadlıq uğrunda hərəkat” partiyasının  (DPS) Bolqarıstan parlamentindəki 240 yerdən 34-ünü qazanmasından sonra baş verib.  Bu partiyanın sədri, Bolqarıstan prezidentliyinə namizəd  Mustafa Karadayı isə ümumi səslərin 11,57%-ni toplayıb.

Mustafa Karaday - Bolqarıstanda prezidentliyə namizəd

Sofiya qəzəblənib, Sofiya çaşqınlıq içərisindədir - 2011-ci ilin siyahıya alınmasına görə Bolqarıstan əhalisinin 8,5%-ni (588 000 nəfər) təşkil edən etnik türklər bolqar siyasətçilərin gözləmədiyi halda qəfildən ciddi siyasi qüvvəyə çevrilib. Axı Türkiyənin özündə də Bolqarıstan vətəndaşlığı olan, yəni seçkilərdə səsversə hüququna malik 350 min etnik türk yaşayır.

Bolqarıstan hakimiyyətinin bu rəqəmlərdən istifadə edərək Amerika ssenarisi ilə getmək, yəni üçüncü tərəfi seçkilərə müdaxilədə ittiham etmək cəhdləri elə də inandırıcı görünmür. Və bu, daha çox Ankaranın məkrli niyyətlərini yox, Bolqarıstan isteblişmentinin etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkənin bütün vətəndaşlarını təmin edəcək inkişaf proqramını formalaşdıra bilməməsini nümayiş etdirir.

Bolqarıstan XİN-in katibi İvan Kondov Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Aylin Sekizkyokla söhbətində bildirib ki, “Ankara Bolqarıstan vətəndaşlarını prezidentliyə namizəd olan bu və ya digər şəxsə səs verməyə çağırmamalıdır. Əks halda potensial təşviqatçılar Bolqarıstan Respublikasının hüdudlarından kənara göndəriləcək”.

Bolqarıstan türkləri birdən-birə nəhəng siyasi qüvvəyə çevrildilər

Birdən birə nə baş verib? Bolqarıstan vətəndaşı olan 350 min etnik türk ölkədə baş verənlərlə bağlı məlumatlara ehtiyac duyub və Türkiyə mətbuatı bu məlumatı onlara obyektiv şəkildə təqdim edib. Hər şey hüquqi prosedurlar çərçivəsində olub - seçimi Bolqarıstan vətəndaşları özləri edib.

Və onlar Bolqarıstan prezidentliyinə və vitse-prezidentliyinə 24 namizəddən yalnız DPS-in etnik türk Mustafa Karadayını və etnik bolqar İskra Mixaylovanı millətin vəhdəti rəmzi kimi irəli sürməsini dəyərləndiriblər. Bununla da “bolqarlaşdırma” adlanan, yaxud Todor Jivkovun kommunist rejimi zamanı “etnik türklərin özlərinin bolqar köklərinə qayıtması” kimi qələmə verdiyi faciəvi tarixçəyə nöqtə qoyublar.

Xatırladaq ki, 1985-ci ilin 31 martında kommunistlər Bolqarıstandakı bütün türklərin “tarixi ənənə”yə uyğun olaraq öz soyadlarını dəyişdiklərini elan ediblər. Sonrakı illərdə hər bir Bolqarıstan türkü 19 yeni sənəd alır - doğum haqqında şəhadətnamədən başlayaraq sürücülük vəsiqəsi və tibbi vərəqəyə qədər. Təbliğat əhalinin qalan hissəsini və dünya ictimaiyyətini inandırmağa cəhd edir ki, bu, türk azlığın könüllü qərarıdır.

Bolqarıstan türkləri hər il 1989-cu ildə deportasiya qurbanlarının xatirəsini yad edirlər

Ancaq türklər təslim olmurlar və kütləvi müqavimətlə cavab verirlər. Və 1989-cu ildə Todor Jivkov əhaliyə müraciət edərək narazılara ölkədən çıxıb getməyi təklif edir. Etnik türklərin bir çoxu köçməyə hazırlaşır və bu vaxt bəzi bolqarlar utanmadan bu prosesdən qazanc götürürlər - onlar türklərin evlərini dəyər-dəyməzinə alır, köhnəlmiş maşınlarını isə onlara üçqat bahasına satırlar. Sərhəddə kilometrlərlə uzanan tıxaclar yaranır.

Maraqlıdır ki, Sofiya hakimiyyəti baş verənlərdə özlərinə haqq qazandırmaq üçün bütün günahı türklərin könüllü kütləvi köçü ilə əlaqələndirirlər. Onlar türk azlığın nümayəndələrinin ölkədən qaçmasını “böyük ekskursiya” adlandırır, öz vətəndaşlarını isə türklərin “Türkiyəyə müvəqqəti olaraq, qohumlarına qonaq getdiyinə” inandırmağa çalışırlar.

Həmin hadisələr hələ yaddaşlardan silinməyib. Köklü bolqarların türk azlığa ehtiyatlı münasibəti qalmaqdadır, isteblişmentin müəyyən hissəsi isə Bolqarıstan türklərinin qanuni hüquqlarının reallaşmasına hər yolla mane olur. Odur ki, seçkilərə hansı müdaxilədən danışmaq olar? Bolqarıstan türkləri sadəcə özlərinə olan ədalətsiz münasibətdən hüquqi çıxış yolu axtarırlar…

Almaniya da oxşar prosesə hazır olmalıdır. Orada “Angelə Merkel dövrü”nü əvəzləyən koalisiya hökuməti ikili vətəndaşlığa icazə verməyə hazırlaşır. Bu isə o deməkdir ki, indiyədək Türkiyə pasportunu itirməkdən çəkinmiş bir çox türk də alman pasportu əldə edə biləcək.

Müşahidəçilərə görə, bu, Almaniyanın tam hüqüqlu türk vətəndaşlarının sayında böyük artım yaradacaq. Anadoludan qastarbayterlərin miqrasiyasının başlanmasından 60 il ötüb və artıq nazirlərin də, partiya liderlərinin də cərgəsində türklər var, Almaniyanın siyasəti həyatında türk diasporunun rolu artmaqdadır. Yekunda Ankaraya seçkilərə qarışmaq heç lazım da deyil. Başqa ölkələrdə yaşayan etnik türklər özləri hər şeyi qanun çərçivəsində edəcəklər.

 Aydın Kərimov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam