Azərbaycan İtaliyada keçiriləcək Gənclərin Turizm Sammitində iştirak edəcək
İyunun 27-dən iyulun 3-nə qədər İtaliyanın Sorrento şəhərində ilk Qlobal Gənclər Turizm Sammiti keçiriləcək.
Yenixeber.org: Tədbiri Ümumdünya Turizm Təşkilatı (UNWTO), İtaliyanın Turizm Nazirliyi və Milli Turizm Agentliyi birgə təşkil edəcək.
Sammitə dünyanın 60-dan çox ölkəsindən gənclər, həmçinin Azərbaycan, Konqo, Xorvatiya, Almaniya, Gürcüstan, Albaniya, Qazaxıstan, Maldiv adaları, İspaniya, Monteneqro, San-Tome və Prinsipi, Yəmən və bir sıra UNWTO Üzv Dövlətlərinin turizm və digər yüksək səviyyəli rəsmiləri qatılacaq.
Tədbir 12-18 yaş arası qlobal gəncləri idman, qastronomiya, əyləncə və innovasiya dünyasının əsas simaları da daxil olmaqla, sektorun liderləri ilə birləşdirəcək.