Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

ÜST nümayəndəsi:"Hər zaman Azərbaycanın səhiyyə sistemini dəstəkləmişik"

 

"Koronavirus pandemiyası yeni başlayanda ilk vaxtlar Azərbaycanın xəstəxanalarında müəyyən avadanlıq çatışmazlığı vardı. Bugünkü layihə çərçivəsində bir çox avadanlıqların verilməsini təmin edə bildik".

Yenixeber.org: Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi, ölkə ofisinin rəhbəri Hande Harmancı Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü layihəsinin bağlanış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, həmin dövrdə tibb işçilərinin bilik və bacarıqlarının artırılması əsas hədəflərdən idi: "Bu sahədə Azərbaycan hökumətinə dəstək istiqamətində çalışırdıq. Əsas məqsədimiz ölkənin səhiyyə sisteminin hər hansı pandemiyaya qarşı mübarizə tədbirlərinə yüksək səviyyədə hazırlıqlı olmasıdır. Səhiyyə sahəsində həyata keçirilən layihələri məhz dövlət qurumları ilə birlikdə icra edirik ki, görülən işlər daimi və davamlı olsun, yaddan çıxmasın. Hər zaman Azərbaycanın səhiyyə sistemini dəstəkləmişik və bundan sonra da bu istiqamətdə əməkdaşlığımız davam edəcək".

H.Harmancı əlavə edib ki, Avropa İttifaqı ilə birlikdə Azərbaycanda həm COVID-19, həm də digər xəstəliklər üzrə vaksinasiya prosesinə dəstəklə bağlı layihə həyata keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam