Redaktor seçimi
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Günün xəbəri

İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı müakirə edilib

 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti iclası geniş tərkibdə, ölkənin görkəmli şəhərsalma və memarlıq mütəxəssislərinin iştirakı ilə təşkil olunub.

Yenixeber.org: İclasın məqsədi ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilər üzrə Komitənin sifarişi ilə hazırlanan əsas ərazi planlaşdırma sənədlərinin hazırlanmasında ictimaiyyət və yerli peşəkar dairələrin fəal iştirakını təmin etməkdir.

İclas çərçivəsində Komitə rəsmiləri tərəfindən İşğaldan Azad Edilmiş Ərazilərin Ümumi Planı, ayrı-ayrı şəhərlərin baş planları təqdim edilib, müvafiq şəhərsalma həlləri ətraflı müzakirə olunub. Bildirilib ki, növbəti 20 illik dövrü əhatə edən bu planların hazırlanması zamanı regionda müasir tələblərə cavab verən yeni infrastrukturun qurulması, şəhərlərə tezliklə qayıdacaq əhalinin yüksək yaşayış standartlarının, təhlükəsizliyinin, iş imkanlarının və yaşayış məntəqələrinin dayanıqlı inkişafının təmin olunması prioritet götürülüb, aparıcı dünya təcrübəsi öyrənilərək tətbiq edilib, “yaşıl” enerji, “ağıllı” şəhər və bir çox digər müasir şəhərsalma yanaşmaları tətbiq olunub.

İclas iştirakçıları təqdim olunmuş layihələrin qısa müddət ərzində peşəkarlıqla hazırlandığından məmnunluğunu ifadə edib, ayrı-ayrı şəhərsalma həlləri ilə bağlı rəy və təkliflərini səsləndiriblər, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, verilən tövsiyələr qeydə alınıb.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura 22 sentyabr 2021-ci il tarixində fəaliyyətə başlayıb. Şura Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə normativ-hüquqi aktların işlənməsinin dəstəklənməsi, şəhərsalma və memarlıq sahələrində ictimai nəzarətin təşkilini, vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin edir.

Komitə yanında İctimai Şuranın memarlıq həllərində müasir yanaşmaların tətbiqi, sifarişçilərlə əməkdaşlığın səmərəliliyinin artırılması, şəhərsalma proseslərinin rəqamsallaşdırılması və sair aktual mövzulara həsr olunmuş əvvəlki iclasları da daxil olmaqla hazırkı iclası sayca beşincidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam