Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

MEHDİYEVİN HƏYAT YOLDAŞI VƏ QOHUMU VƏZİFƏDƏN ÇIXARILDI -Yerlərinə təyinat oldu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyev 5 ay əvvəl tutduğu vəzifədən istefa versə də, onun yaxın qohumları bu qurumda yüksək vəzifələr daşımaqda davam edirdi. Hər halda bir həftə əvvələ qədər AMEA-nın rəsmi saytında belə görünürdü. 

Yenixeber.org: Bu barədə mətbuatda xəbərin yayımlanmasından sonra AMEA-nın rəsmi saytında sabiq prezidentin həyat yoldaşı - riyaziyyat elmləri doktoru, professor Mehdiyeva Qalina Yuryevnanın adı AMEA İdarəetmə Sistemləri İnstitutunun nəzdində yaradılan “Kompüter elmləri” ixtisası dissertasiya şurasının sədri vəzifəsindən silinib.

Artıq qurumun saytında Mehdiyeva Qalina Yuryevnanın adı dissertasiya şurasının üzvü kimi qeyd olunub. Qalina Mehdiyevanın əvəzinə dissertasiya şurasının sədri vəzifəsinə riyaziyyat elmləri doktoru, professor Məmmədov Knyaz Şiraslan oğlu təyin olunub.

Bundan başqa Ramiz Mehdiyevin kürəkəninin qardaşı - Fikrət Əli Səftər oğlu Əliyevin adı isə AMEA İşlər İdarəsi müdirinin müavini vəzifəsindən silinib.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun rəhbərlik etdiyi İşlər İdarəsinə yeni müdir müavini təyin olunub.

Qeyd olunan vəzifəni Vüsal Məhəmməd oğlu Əliyarov icra etməyə başlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam