Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

AMEA-nın -institutlarından birinin adı dəyişdirilir

AMEA-nın institutlarından birinin adı dəyişdirilir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Yenixeber.org: Toplantıda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyaziyyat, Mexanika və Tətbiqi Tədqiqatlar İnstitutu adlandırılması haqqında Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmasına dair qərar qəbul olunub.

Həmçinin akademik Möhsün Nağısoylunun 75, akademik Hacıbəy Sultanov və AMEA-nın müxbir üzvü Kərim Kərimovun 100, akademik Firuz Məlikovun isə 120 illik yubileyinin keçirilməsi haqqında qərar verilib.

Bundan əlavə, iclasda kadr məsələlərinə də baxılıb. Belə ki, akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun, akademik Fəxrəddin Qədirov Neft və Qaz İnstitutunun, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov Rəyasət Heyətinin nəzdində Təbiət Tarixi Muzeyinin, akademik İradə Hüseynova Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov Genetik Ehtiyatlar İnstitutunun, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov Dendrologiya İnstitutunun, AMEA-nın müxbir üzvü Pənah Muradov Mikrobiologiya İnstitutunun və biologiya elmləri doktoru, professor Ulduz Həşimova akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam