“Azərbaycanda mina probleminin həlli vacibdir” -Örl Litzenberger
“Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi məsələsi ciddi problemdir. Əgər ərazilər minalardan təmizlənməsə, məcburi köçkünlər ora qayıda bilməyəcəklər”.
Yenixeber.org: Bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger brifinqdə deyib.
Onun sözlərinə görə, bir sıra ABŞ şirkəti işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesində iştirak edir.
“ABŞ-ın bu sahədə böyük təcrübəsi var, biz ən yaxşı texnikaları təqdim edə bilərik. Qarabağda daha çox ABŞ şirkətlərini görmək istəyirik”, - səfir bildirib.