Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Minalar, Qarabağ və Ermənistanda böhran” -Şərqi Avropa portalı yazır

“Minalar, Qarabağ və Ermənistanda böhran”  -    Şərqi Avropa portalı yazır
“neweasterneurope.eu” portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub.
Yenixeber.org: Kiyev-Mohyla Akademiyasının Milli Universitetinin professoru Taras Kuzianın qələmə aldığı məqalədə onun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri, minalanmış sahələrin yaratdığı problem, münaqişədən sonra Azərbaycan və Ermənistan arasında mümkün əməkdaşlıq imkanları və digər mövzularda fikirləri əksini tapıb.

Müəllif məqalənin girişində qeyd edir ki, Dağlıq Qarabağda ərazilərin minalardan təmizlənməsi müəyyən vaxt ala bilər. Ötən əsrin 90-cı illərində Ermənistan tərəfindən işğal edilən ərazilərin azad etməsinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev yüz minlərlə məcburi köçkünü öz doğma yurdlarına qayıtmaq üçün tələsməməyə çağırıb. Dövlət başçısı bildirib ki, hər bir keçmiş məcburi köçkün öz doğma yurduna qayıtmaq istəyir. Lakin ərazilərin minalardan təmizlənməsi bitənə kimi səbir etmək lazımdır.

Qeyd edilir ki, ərazilərin minalarla nə qədər çirkləndiyini tam müəyyən etmək mümkün deyil. Müəllif aprel ayında Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna səfəri zamanı jurnalistlərdən ibarət nümayəndə heyətinə tez-tez mina təhlükəsinə görə işarələnmiş yoldan kənara çıxmamağa dair xəbərdarlıq edildiyini də xatırladır. O, Ağdamı 1945-ci ildə atom bombası atılmış Xirosima ilə müqayisə edir və yazır ki, əslində bu şəhər müharibə zamanı o qədər də dağıntılara məruz qalmayıb. Atəşkəs dövründə isə cinayətkar talançılığın həcmi o qədər böyük olub ki, şəhərdə heç bir binada nə pəncərə, nə qapı, nə də damlar qalıb.

Sonra qeyd edilir ki, hərbi əməliyyatlardan sonra mina partlaması nəticəsində hərbçilər və öz doğma torpaqlarına can atan mülki şəxslər həlak olublar. Sözün hərfi mənasında “minalar xalçası”na bənzəyən həmin ərazilər dünyanın ən sıx minalanmış regionudur. Hazırda müxtəlif ölkələrin texniki avadanlıqlarının köməyi ilə ərazilərin minalardan təmizlənməsi həyata keçirilir və ANAMA bu işlərdə aparıcı rol oynayır.

Müəllif yazır ki, işğal dövründə Ermənistan, həmçinin Qarabağa bitişik yeddi rayonda infrastrukturu, mədəni və dini abidələri məqsədyönlü şəkildə məhv edib. T.Kuzia səfər etdiyi ərazilərdə şairə Xurşidbanu Natəvanın məzarı da daxil olmaqla dağıdılmış abidələr və qəbiristanlıqlardan bəhs edir. O, eyni zamanda, müharibə zamanı geri çəkilən erməni ordusunun maksimum zərər yetirmək və normal həyata geri dönüşü əngəlləmək üçün mülki infrastruktur, yol kəsişmələri, qəbiristanlıqlar, çayboyu ərazi və s. yerləri minaladığını yazır.

Həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyinə istinadla işğal dövründə 927 kitabxana, 22 muzey, 808 klub müəssisəsi, 4 teatr, 2 konsert salonu, 8 mədəniyyət parkı, 4 incəsənət qalareyası və 85 musiqi məktəbinin məhv edildiyi qeyd edilir. Bildirilir ki, UNESCO 20 ildən çox müddət ərzində Azərbaycanın işğal edilmiş ərazilərinə dəymiş zərəri müəyyənləşdirmək üçün faktaraşdırıcı missiya göndərməyib.

“Hazırda həmin ərazilərdə bütün infrastrukturun bərpası üçün böyük investisiyalar tələb olunur. Digər tərəfdən Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırması təhlükəni daha da artırır. Buna baxmayaraq, Azərbaycan tərəfi sülh prosesini möhkəmləndirmək üçün bir sıra sahələrdə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib. Lakin Ermənistanda məğlubiyyətin doğurduğu şok hələ də güclüdür və ötən ay baş nazir Nikol Paşinyana qarşı az qala hərbi qiyam baş verə bilərdi”, - deyə müəllif qeyd edir.

Müəllif sonda qeyd edir ki, hər dəfə mina partlayanda və mülki şəxslərə xəsarət toxunanda sülh prosesinə də zərbə dəyir. Odur ki, minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi ikitərəfli münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam