Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Səlim Müslümov xəstəxanaya yerləşdirildi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xəstəxanaya yerləşdirilib.

Yenixeber.org: Məlumata görə, Səlim Müslümov qan təzyiqi və şəkərli diabetdən əziyyət çəkir. İstintaq təcridxanasından ev dustaqlığına buraxılandan sonra sabiq nazirin səhhətindəki problemlər ciddiləşdiyindən o, Bakıdakı özəl klinikalardan birinə yerləşdirilib. Hazırda onun müalicələri davam etdirilir.

Qeyd edək ki, S.Müslümov 2021-ci ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir müddət öncə sabiq nazir səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmiş, orada müalicələri nəticə vermədiyindən ev dustaqlığına buraxılmışdı.

Sabiq nazir Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam