Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ADY Konteyner”:"Bu il Orta Dəhlizlə Çin-Avropa istiqamətində daşımaların 3 dəfə artmasını gözləyirik"

 

Bu ilin ilk 4 ayında Orta Dəhliz vasitəsi ilə 8 696 TEU konteyneri daşınıb.

Yenixeber.org: Bunu “Railfreight” portalına müsahibəsində “ADY Konteyner” MMC-nin direktoru Natiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30 % çoxdur: “Bununla belə, qeyd etmək lazımdır ki, bu artım, real artımdır və geosiyasi vəziyyətin dəyişməsi ilə əlaqədar Çin-Avropa istiqamətində daxil olan sifarişləri əhatə etmir. Bu il 1 000 qatarın daşınması üçün sifarişlər almışıq və bu ilin sonuna, 2021-ci ilə nisbətən 3 dəfə, hətta daha çox böyümə gözləyirik”.

N. Cəfərov bildirib ki, Orta dəhlizdən başqa, Azərbaycan ərazisindən tranzit keçən konteyner daşımaları 130 % artıb: "Qısamüddətli inkişafa gəlincə, geosiyasi vəziyyətlə əlaqədar Avrasiya regionundakı dəyişən geoiqtisadi ssenarilərin və logistik mənzərənin hamımız fərqindəyik.

Orta dəhlizdə daşımaların gözlənilən dəfələrlə artması ilə bağlı Qazaxıstanlı tərəfdaşlarımızla eyni fikri bölüşürük. "Qazaxıstan Dəmir Yolları"nın məlumatına görə, konteyner daşımalarındakı artımın 50 min TEU-ya bərabər olacağı gözlənilir. Fikrimcə, müsbət tendensiyaya baxsaq, qazaxıstanlı tərəfdaşlarımızın ifadə etdiyi rəqəmlər olduqca realdır”.

“ADY Konteyner”in direktoru vurğulayıb ki, Orta dəhlizin Xəzər dənizindən keçən hissəsində nəqliyyat əlaqələrini gücləndirmək üçün limanlar arasında fəaliyyət göstərən fider gəmilərin sayı artırılıb.

Onun sözlərinə görə, “ADY Konteyner” bu gəmilərin ko-operatorudur: “Yüklərin həcmi artdıqca biz əlavə gəmilər cəlb etməyi planlaşdırırıq. Biz Azərbaycan ərazisindən çox-çox kənarda yeni xidmətə başlamışıq- Gürcüstanın Poti və Batumi limanları ilə Rumıniyanın Konstansa limanı arasında fider gəmisi üzməyə başlayıb. Mayın 24-də 220 TEU tutumlu ilk fider gəmisi Potidən Konstansaya üzdü və müntəzəm olaraq fəaliyyət göstərəcək. Həcm artacağı təqdirdə, daha çox fider gəmiləri cəlb etməyə hazırıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam