Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan və Qazaxıstan arasında logistika və müştərək layihələrin icrasına dair saziş imzalanıb

 

Azərbaycan və Qazaxıstan Trans Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzərindən multimod daşımalarının daha da inkişaf etdirilməsini müzakirə ediblər.

Yenixeber.org: Müzakirələr “Qazaqstan Temir Joly” (QTZ) SC-nin idarə heyətinin sədri Nurlan Səurənbayev ilə "Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanov arasında keçirilən görüşdə aparılıb.

Tərəflər həmin marşrut boyu ötürücü qabiliyyətinin artırılması, tranzit vaxtının azalması zərurətini qeyd ediblər.

Görüşün sonunda logistika və müştərək layihələrin icrasına dair əməkdaşlıq sazişi imzalanıb.

2021-ci ildə TITR vasitəsilə daşımalar 586,2 min ton, konteyner daşımaları isə 25 270 TEU təşkil edib. Cari ilin birinci rübündə marşrut üzərindən 266,3 min ton yük daşınıb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 123 % çoxdur. Konteyner daşımaları da 5 847 TEU, yəni ötən ilin müvafiq dövrünə nisbətən 19 % çox olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam