Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Azərbaycan Mərkəzi Bankı -inflyasiya proqnozlarını yeniləyib

 

Azərbaycanda faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edir. Son 12 ayda inflyasiya gözləntiləri real sektorun monitorinq olunan sektorlarında artım meyilli olub.

Yenixeber.org: Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, dekabrda aparılan sorğulara görə ev təsərrüfatlarının 29%-i inflyasiya tempinin daha da yüksələcəyini gözləyir.

Yenilənmiş proqnozlara görə, bu il orta illik inflyasiya 6,3-6,6 %, illik inflyasiya isə 11,4-11,9 % səviyyəsində gözlənilir. Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək.

AMB-nin İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə inflyasiya təzyiqlərinin artması davam edib. Rəsmi statistikaya görə, noyabrda aylıq inflyasiya 1,5%, 12 aylıq inflyasiya isə 11,1% olub. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6,2%, orta illik baza inflyasiya isə 3,9% təşkil edib. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.

Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1,9% yüksəlib, illik ərzaq inflyasiyası 14,9% təşkil edib. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7,4% olub.

Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0,5%, son 1 ildə 7,1% yüksəlib. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4,8% olub.

Xidmətlər noyabrda 1,6%, son 1 ildə 9,1% bahalaşıb. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5.4% təşkil etmişdir. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir.

İllik inflyasiyanın artması əsasən dünya birja əmtəələrinin bahalaşması və qlobal təchizat zəncirində problemlər kimi xarici mənşəli təklif və xərc şokları ilə izah edilir. Son aylarda bəzi əmtəə qiymətləri və qlobal daşınma xərcləri pik səviyyə ilə müqayisədə azalsa da, pandemiya öncəsi səviyyədən əhəmiyyətli yüksəkdir. Dünya Bankının məlumatına görə noyabrda dünya birjalarında qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə enerji məhsulları üzrə 2,1 dəfə, qeyri-enerji məhsulları üzrə isə 24,7% artıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri cari ilin noyabr ayında 1,2%, son ildə isə 27,3% yüksəlib. Son 1 ildə un məmulatları 23,2%, süd məhsulları 19,1%, yağlar 51,4%, şəkər 36,4% bahalaşıb. Bir sıra ərzaq ixracatçılarında hava şəraitinin pisləşməsi də dünya ərzaq qiymətlərinə təsir edir. Qlobal təchizat zəncirində problemlərin (konteyner daşımaları, mikrosxemlərin istehsalında yubanmalar və s) qalması xammalın və hazır məhsulun çatdırılma xərclərini artırır. Qeyd olunan amillər Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanı yüksəltməklə idxal qiymətlərinə təsir edir. İdxal qiymətləri yanvar-oktyabrda ötən ilin eyni dövrünə nəzərən 21,4% yüksəlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam