Bu hava limanı ərazisində park salınacaq-FOTOLAR
Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Beynəlxalq Hava Limanının ərazisində salınacaq “Millət Bağçası” adlı parkda 5 milyon 61 min kvadratmetr sahədə 145 min 300 ağac əkiləcək.
Yenixeber.org: Türkiyə mətbuatı yazır ki, sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Atatürk Beynəlxalq Hava Limanında keçiriləcək mərasimdə Türkiyənin ən böyük milli bağının ilk tingləri əkiləcək.
Bundan əlavə, nəhəng parkda 2 min nəfərlik tutumu olan idman meydançası da inşa ediləcək.
İdman meydançasında 300 nəfər eyni anda idman edə biləcək.