Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Oqtay Əsədov İstanbulda yeni hava limanının açılışında

İstanbulda yeni inşa olunan hava limanının açılış mərasimi olub.

 Yenixeber.org: İstanbulda yeni inşa olunan hava limanının bu gün keçirilən açılış mərasimində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Tədbirdə yeni hava limanından ilk daxili uçuşun Ankaraya, xarici uçuşun isə Şimali Kiprə və Azərbaycana ediləcəyi bildirilib.

Qeyd edək ki, 76,5 milyon kvadratmetrlik ərazini əhatə edən yeni aeroportun birinci hissəsinin tikintisinə 6 milyard avro sərmayə yatırılıb. Bu hissə il ərzində 90 milyon sərnişinə xidmət göstərəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni aeroportun sadəcə hava limanı deyil, zəfər abidəsi olduğunu deyib.

İstanbul aeroportunun tikintisinin 2028-ci ilədək tamamlanması nəzərdə tutulur. Aeroport tam istifadəyə verildikdən sonra hər gün 2 min təyyarə qəbul edəcək və yola salacaq. 350 istiqamətə uçuşları həyata keçirəcək hava limanı dünyanın 250 aviaşirkətinə xidmət göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam