Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

 
İyunun 29-da Bakıda Azərbaycan-Gürcüstan biznes forumunun keçirilməsi planlaşdırılıb.
Bu barədə Avropa İttifaqı-Gürcüstan Biznes Şurasının Baş katibi Zviad Çumburidze bildirib.
Onun sözlərinə görə, tədbir iki ölkənin biznes ictimaiyyətləri arasında əməkdaşlığın gücləndirilməsi üçün yeni çox yaxşı imkan olacaq:
"Biznes forumun təşkili prosesinə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Gürcüstanın Azərbaycandakı və Azərbaycanın Gürcüstandakı səfirlikləri fəal cəlb olunublar. Layihə barədə Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi də məlumatlandırılıb. Ümid edirik ki, dövlətin və biznes dairələrinin birgə əməkdaşlığı çox müsbət addımlarla nəticələnəcək və faydalar gətirəcək".
“Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev açıqlamasında biznes forumun keçirilməsinə dəstəyin göstərilməsinin nəzərdə tutulduğunu bildirib. O qeyd edib ki, bu məsələ Avropa İttifaqı-Gürcüstan Biznes Şurası ilə bu gün imzalanacaq memorandumda da əksini tapıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam