Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Biznes ombudsman: “Gürcüstan-Azərbaycan biznes əlaqələri daha da dərinləşdirilməlidir”

“Gürcüstan və Azərbaycan arasında biznes əlaqələr daha da dərinləşdirilməlidir”.

Yenixeber.org: Bunu Gürcüstanın biznes ombudsmanı İrakli Lekvinadze Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənovla görüşdə bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında biznes sahəsində əməkdaşlığın inkişaf etdirilməsi çox önəmlidir.

Görüşdə “Caspian European Club”un direktoru Telman Əliyev və “Caspian Energy İnternational Media Group”un baş direktoru Rasim Mahmudov da iştirak ediblər. Tərəflər Gürcüstan və Azərbaycan arasında biznes əlaqələr və Gürcüstandakı Azərbaycan şirkətlərinin  fəaliyyətləri barədə müzakirə aparıblar. Görüşdə biznes ombudsmana Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərini narahat edən məsələlər barədə də məlumatlar təqdim olunub.

Bildirilib ki, İ.Lekvinadze “Caspian European Club”un təşkil etdiyi regional investisiya forumlarına qatılacaq.

Tərəflər həmçinin gələcək əməkdaşlığın perspektivlərini də nəzərdən keçiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam