Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclasının vaxtı açıqlanıb

Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının iclasının vaxtı açıqlanıb

“İqtisadi əməkdaşlıq məsələləri üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının Bakı şəhərində bu ilin payızında keçirilməsi nəzərdə tutulub”.

Yenixeber.org: Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze yerli mətbuata müsahibəsində deyib.

Onun sözlərinə görə, bu məsələ Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana rəsmi səfəri çərçivəsində müzakirə olunub: “İclasın sentyabr ayında keçiriləcəyi gözlənilir. Toplantıda bir sıa önəmli məsələlərin müzakirəsi planlaşdırılır”.

Səfir iclasın iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi, ticarət dövriyyəsi həcminin artırılması, investisiyaların cəlb olunması və yeni iş yerlərinin açılmasına əlavə təkanın verəcəyini bildirib.

Z.Pataradze qeyd edib ki, Komissiyanın iclasına paralel olaraq Gürcüstan-Azərbaycan biznes forumu da təşkil olunacaq: “Gürcüstanın müxtəlif biznes sektorlarında fəaliyyət göstərən şirkətlərin nümayəndələri Azərbaycana səfər edəcək. Onlar Bakıda həm ikitərəfli görüşlər keçirəcək, həm də Azərbaycandakı biznes mühit barədə ətraflı məlumat əldə edə biləcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam