Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycan "Qarabağ" brendi ilə balın Avropaya ixracına hazırlaşır

 

Qarabağda istehsal edilən bal gələcəkdə Azərbaycanın ümumi bal istehsalının 30 %-ini təşkil edə bilər.

Yenixeber.org: Bunu Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədri Bədrəddin Həsrətov deyib.

Onun sözlərinə görə, hazırda Kəlbəcərə arı ailələrin köçürülmə prosesi davam edir: “Kəlbəcər, Laçın rayonlarına təxminən 20 mindən çox arı ailələrinin köçürülməsi nəzərdə tutulur. Ötən il köçürülən arı ailələrin sayı 2 min idi. Xocəvəndə də arı ailələrinin köçürülməsi üçün artıq müraciətlər var, həmçinin icazələr də var. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) həmin ərazilərə köçəcək arıçı fermerlərə təlim keçir. Bundan sonra, arıçı fermerlərə ərazilərə köçmək üçün icazələr verilir".

O bildirib ki, azad edilmiş ərazilərə böyük həcmdə arıçılıq təsərrüfatları köçürülür.

B.Həsrətov qeyd edib ki, Qarabağ adını brendləşdirərək, bu ad altında ölkənin bazarlarında artıq bal satışına başlanılıb: “Həmin şirkət artıq “ABAD” publik hüquqi şəxslə işləməyə başlayıb".

B.Həsrətov vurğulayıb ki, torpaqlarımız azad edilməmişdən əvvəl ermənilər “Kalbajar” adı altında ərazilərimizdə istehsal edilmiş balı Avropaya göndəriblər: "Biz aktivləşsək, erməniləri dünya bazarından çıxara bilərik. Lakin Avropa İttifaqı ölkələrinə arıçılıq məhsullarının ixracı üçün xüsusi icazəlrin alınması tələb olunur. Hazırda biz heyvan mənşəli qidaların ixracını həyata keçirə bilmirik. Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə çalışır, Aİ ölkələrinə bal ixracına icazə almaq istəyir. Hazırda danışıqlar aparılır ki, məhdudiyyətlər aradan qaldırılsın. Müsbət cavab artıq verilib, bununla bağlı Aİ ölkələrindən ekspertlər gələcəklər, əraziləri yoxlayacaqlar, balın süzülmə prosesini, qablaşdırma yerlərini nəzarətdən keçirəcəklər. Bundan sonra, Aİ ölkələrinə bal ixracına icazələr veriləcək”.

Onun sözlərinə görə, ötən il ölkədə 7 min ton bal süzülmüşdü: “Bu il isə daha çox bal süzümünü gözləyirik, hədəfimiz 10 min tondur. Ümumiyyətlə, ölkədə istehsal həcminin artmasını gözləyirik”.

Xatırladaq ki, Kəllbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib. Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa çatıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam