Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilər rayonlarımızı lotereyaya çıxarır

 

 

 
      "Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi lahiyəsinin reallaşması üçün lotereya oynanılır".
     
         Bu barədə separatçı Dağlıq Qarabağ rejimin “baş naziri” Ara Aratunyan bildirib.
 
     "xeberinfo.com": Onun sözlərinə görə Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi perspektiv planda nəzərdə tutulub. Lakin qondarma qurumun “hökumət başçısı” layihənin reallaşması üçün külli miqdarda vəsait lazım olduğunu da etiraf edib. A.Aratunyan proyektin 30 milyon drama (təxminən 12 milyon dollar) reallaşacağını söyləyib. “Pulu yığmaq üçün bizim tərəfimizdən lotereya oynanılır. Biz erməni ailələrinin məskunlaşma prosesini sürətləndirməliyik. Hazırda Kaşateq rayonunda (Laçında-red) 10 min ailə yaşayır”.
 
    A. Aratunyan  Dağlıq Qarabağa bitişik bəzi rayonlara  kütləvi şəkildə əhalinin yerləşdirilməsi ilə bağlı prosesin davam etdirildiyini bəyan edib.
 
    Qeyd edək ki, Azərbaycanın işğal altında olan bölgələrində qanunsuz olaraq erməni ailələri məskunlaşdırılır. Suriyada vətəndaş müharibəsi başlayandan sonra isə bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ və ona bitişik rayonlara məskunlaşdırılması intensiv hal alıb. Son məlumatlara görə 3 ildə 3 mindən çox Suriyadan gələn erməni Qarabağda yerləşdirilib. Bu həm də erməni lobbisi həm də “Tufenkyan” və “Kaşataq” xeyriyyə fondlarının maliyyə dəstəyi ilə reallaşır

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam