Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neftçalada polis dörd məktəbdə maarifləndirici görüş keçirib

 

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Xıllı qəsəbəsi, Astanlı və Boyat kəndlərində yerləşən dörd məktəbdə “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib. Tədbirlərdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Yenixeber.org: Görüşlərdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Vüsal Şəbəndiyev narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışaraq şagirdlərə bu barədə geniş məlumat verib. O bildirib ki, “Ağ ölüm” adlandırılan narkomaniya cəmiyyət üçün böyük və sarsıdıcı təhlükədir, bu maddələrin aludəçisinə çevrilmiş şəxslər həyatlarını tamamilə məhv etmiş olurlar. Zərərli vərdişlərə qurşanan gənclər tamamilə cəmiyyətdən təcrid olunur, ailə, əxlaq dəyərlərindən uzaq düşür və bir daha normal həyata qayıda bilmirlər.

“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən digər tədbir iştirakçıları isə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər. Şagirdlərə əsasən təhsilə maraq göstərməli olduqlarını qeyd edən məruzəçilər, onların gələcəyin müasir biliklərə yiyələnmiş mütəxəssislər kimi yetişmələrinin önəmindən danışıblar.

Tədbirlərin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam