Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Şirvan ŞPŞ maarifləndirmə tədbiri

 

 

Şirvan şəhərində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində bir neçə orta məktəbdə “Narkomaniya-əsrin bəlası” mövzusunda silsilə görüşlər keçirilib.

Yenixeber.org: Belə ki, Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə karantin tələbləri nəzərə alınmaqla şəhər ərazisində yerləşən üç təhsil müəssisəsində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbirləri keçirilib. Tədbirlərdə ictimaiyyət nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

11, 13 və 14 saylı tam orta məktəblərində baş tutan görüşlərdə çıxış edən ŞPŞ-nin rəis müavini, polis mayoru Ramil Salayev cəmiyyətin ciddi bəlasına çevrilən və bütün dünya üzrə ən ağrılı problemlərdən olan narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verib. O, bildirib ki, bu zərərli maddələrin geniş yayılmasında ən böyük rolu narkotacirlər oynayır. Onlar isə özlərinə hədəf kimi məhz iradəsi zəif olan gəncləri seçirlər. Bu yolla öz şəbəkələrini genişləndirir, narkotik aludəçisi olan şəxslərə gəlir mənbəyi kimi baxır, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün siz yeniyetmələr öz ətrafınıza hər zaman diqqət yetirməli, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinizə, eləcə də polis əməkdaşlarına məlumat verməlisiniz.

 

Daha sonra çıxış edən digər tədbir iştirakçıları tələbələrə narkotiklərin zərərləri barədə məlumatlar verərək, təhsillərində uğurlar arzulayıblar.

Görüşlərin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam