Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Sabirabadda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib-FOTOLAR

Sabirabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə M.Ə.Sabir adına 1 saylı tam orta məktəbdə karantin tələbləri nəzərə alınmaqla narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə mövzusunda tədbiri keçirilib.

Yenixeber.org: “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Çıxışının sonunda isə N.Camalov gənclərə daima diqqətli olmalarını, cinayət yolundan uzaq durmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumatlı olduqları zaman isə mütləq valideynlərinə və hüquq mühafizə orqanlarına məlumat vermələrini məsləhət görüb.

Sonra çıxış edənlər isə narkomaniya əleyhinə aparılan tədbirlərin hazırda aktual xarakter daşıdığını, yeniyetmə və gənclərlə təşkil edilən bu cür görüşlərin əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam