Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Neftçala rayonunda yerləşən iki təhsil ocağında maarifləndirici tədbir keçirilib

 

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə S.İmanov adına 1 saylı və N.Gəncəvi adına 3 saylı tam orta məktəbdə “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib.

Yenixeber.org: Hər iki tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cərbayıl Əhmədov narkotik vasitələrin məhvedici təsirləri barədə geniş məlumat verərək, bu maddələrin insan sağlamlığına vurduğu zərərlərdən, asılılıq yaradaraq mənəvi aşınmaya səbəb olduğundan danışıb. Bildirib ki, ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsində və bu bəlaya düçar olmuş şəxslərin sağlam həyata qaytarılmasında hüquq mühafizə orqanları ilə yanaşı, cəmiyyətin hər bir üzvü fəallıq göstərməlidir.

 “Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən digər iştirakçılar isə yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd edərək, məktəblilərə təhsilləri barədə məsləhətlər veriblər. 

Görüşlərin sonunda şagirdlərə narkotiklərin zərərli təsiri ilə bağlı videoçarx nümayiş etdirilib və onları maraqlandıran suallar cavablandırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam