Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Rusiyanın ciddi irəliləyişi yoxdur, o, hələ də böyük hücuma hazırlaşır” -Müharibə Tədqiqi İnstitutu

“Rusiya ordusunun ciddi irəliləyişi yoxdur, o, hələ də böyük bir hücuma hazırlaşır

Yenixeber.org: Bunu Müharibə Tədqiqi İnstitutu bildirib.

Amerika Müharibənin Tədqiqi Analitik İnstitutu aprelin 20-də hərbi əməliyyatların gedişatının ətraflı icmalında yazıb ki, Rusiya qoşunları Ukraynanın şərqində cüzi irəliləyib, bir neçə kəndi ələ keçirib və Rubejne ilə Popasna şəhərlərində azacıq önə gedə bilib.

Hesabatda qeyd olunub ki, ümumiyyətlə, onlar hələ güclü irəliləyişlər etmək qabiliyyətini nümayiş etdirməyiblər:

“Rusiya qüvvələri böyük hücum üçün lazım olan logistika və komanda infrastrukturunu qurmağa davam edir. Rusiya qüvvələri heç bir böyük irəliləyiş əldə etməyib və bir çox istiqamətlərdə eynizamanlı uğurlu hücum qabiliyyətini nümayiş etdirmirlər”.

Açıq mənbələrdən toplanmış 20 aprel hesabatında xüsusilə vurğulanıb ki, rusiyalılar, çox güman ki, Ukraynanın Mariupol qarnizonunun müdafiə etdiyi “Azovstal” zavodunun geniş ərazisində yalnız cüzi irəliləyiş əldə ediblər.

Donbasın şimalında Rusiya qoşunları Rubijne və Popasna hücumlarını davam etdirib və görünür, Popasnanın bəzi məhəllələrini və Severodonetsk ətrafını ələ keçiriblər.

Aprelin 20-də cənubdan Qulyaypole və Temirovka istiqamətində (Ukrayna qoşunlarının Donetsk yaxınlığında qruplaşmasının mühasirəyə alınmasını nəzərə alaraq) edilən hücumlar, İnstitutun məlumatına görə, uğurlu alınmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam