Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya Ukraynaya əlavə qüvvələri belə gətirir:Böyük Britaniya kəşfiyyatı

Ukraynalıların ciddi müqaviməti ilə üzləşmiş Rusiya ordusu məruz qaldığı itkilərin yerini doldurmaq, Ukraynada işğal etdiyi əraziləri əlində saxlamaq və çox güman, yeni hücum əməliyyatları keçirə bilmək üçün əlavə qüvvələr cəlb edir.
Yenixeber.org: Məlumata görə, Böyük Britaniya kəşfiyyatının yeni hesabatında belə deyilir.
Hesabatı ictimaiyyətə Böyük Britaniyanın Müdafiə Nazirliyi açıqlayıb.
Hesabatda bildirilir ki, Rusiya hətta Ukrayna sərhədindən çox uzaqda yerləşən hərbi kontingentində – Şərq Hərbi Dairəsində, Sakit Okean Donanmasında və Ermənistandakı hərbi bazasında da dislokasiyanı sürətlə dəyişir.
Hesabatda Rusiyanın indi özəl hərbi şirkətlərin dəstəyindən daha tez-tez yararlandığı, Suriyadan və digər yerlərdən daha çox muzdlu döyüşçü cəlb etməkdə olduğu da qeyd edilir.
2014-cü ildə Rusiya Ukraynanın Krım yarımadasını zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində iki separatçı rejim qurub. 2022-ci il fevralın 21-də Rusiya “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adları verilmiş həmin rejimləri müstəqil dövlətlər kimi tanıyıb, fevralın 24-dən isə Ukraynada total hərbi əməliyyatlara başlayıb. Ukrayna əraziləri işğal edilir, ölkənin hərbi və mülki obyektlərinə zərbələr endirilir, paytaxt Kiyev daxil olmaqla şəhərlər bombalanır.(CNN.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam