Makronu "gəncləşdirən" FOTO...
Bazar günü Fransada keçiriləcək prezident seçkilərinin ikinci turu öncəsi Emmanuel Makron və Marin Le Pen kampaniyalarını tam sürətlə davam etdirirlər.
Yenixeber.org: Son rəy sorğularında Makron Le Peni 8 bal qabaqlayıb.
Kampaniyasını daha az səs topladığı bölgələrdə cəmləşdirən 44 yaşlı Makronun şənbə günü çəkilmiş fotosu ölkədə müzakirə obyektinə çevrilib.
Seçki kampaniyası zamanı dincələn zaman çəkilən fotoda Fransa lideri köynəyinin düymələri açıq şəkildə görünüb.
Foto Makronun xüsusi fotoqrafı tərəfindən "İnstagram"da paylaşılıb.
Siyasi analitiklərin fikrincə, Makronun bu gəncsayağı obrazı gənc seçicilər arasında Marin Le Penə dəstəyin artması ilə bağlıdır.