Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Makron Le Peni geridə qoyur-Seçkilərin birinci turunun yekun nəticələri açıqlanıb

       Fransada Konstitusiya Şurası prezident seçkilərinin birinci turunun yekun nəticələrini açıqlayıb.

Yenixeber.org: Ölkə prezidenti Emmanuel Makron 9,78 milyon, ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen isə 8,13 milyon səs toplayıb.

Səsvermə hüququna malik olan ümumilikdə 48,7 milyon nəfərdən 35,9 milyonu seçkiyə qatılıb.

Konstitusiya Şurası rəsmi olaraq elan edib ki, Makron və Le Pen prezident seçkilərinin ikinci turunda iştirak etmək hüququna malikdirlər.

Qeyd edək ki, prezident seçkilərinin birinci turu aprelin 10-da baş tutub. Seçki yarışında 12 namizəd iştirak edib. Bülletenlərin 100%-ni emal etdikdən sonra ikinci müddətə namizədliyini irəli sürən Fransa Prezidenti Emmanuel Makron 27,84%, Le Pen 23,15% səs toplayıb.

Beləliklə, aprelin 24-də keçiriləcək ikinci turda Yelisey sarayı uğrunda final duelində Makronla Le Pen mübarizə aparacaq.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam