Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Fransa ikinci tura gedir -Xankəndi kartı seçkidə işə yaramadı

Fransada prezident seçkilərinin “exit-poll” nəticələrinə görə, Makron 28 faizlə birinci, Le Pen 24 faiz səslə ikinci olub: heç bir namizəd 50 faizi keçə bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək;

Yenixeber.org: Makronun reytinqinə təsir edən, həm də ilk turu ikinci tamamlayan Le Pen də daxil olmaqla radikal sağçıların geri düşməsinə səbəb olan əsas amillərdən biri  Ukrayna müharibəsi – Rusiyanın Avropaya təhlükəsi oldu. Eyni səbəb ikinci turda da Makronun seçiləcəyi ehtimalını gücləndirir, xüsusilə Le Penin “prezident seçilsəm, NATO-dan çıxacağıq” sözləri bu nəticəyə təsir edə bilər.

Azərbaycanın maraqları baxımından dəyişən heç nə yoxdur. Namizədlərin hamısı erməni maraqlarına xüsusi önəm verirlər, hətta Makron digərlərinə nisbətən daha “loyal” görünür. Erik Zemmur Ermənistana, Valeri Pekress Xankəndiyə səfər etmişdi, ikinci turda yarışacaq Le Pen “miatsumu” – “Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını dəstəkləyənlərdəndir.

Seçkinin nəticələri arasında ən maraqlı detal Azərbaycana hücum edən Pekressin cəmi 5 faiz səs toplamasıdır. Xanım namizədi gizli şəkildə Xankəndiyə səfər etmək, separatçı-terrorçu rejimə dəstək vermək, seçki kampaniyasını fransızlardan daha çox ermənilərin maraqları üzərində qurmaq xilas etmədi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam