Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Fransa prezident seçkilərinin -Bakıda keçirilmiş səsverməsinin yekun nəticələri açıqlanıb

 

Fransa prezident seçkilərinin Bakıdakı seçki məntəqəsində səs vermiş Fransa vətəndaşlarının çoxu hazırkı Prezident Emmanuel Makrona səs verib.

Yenixeber.org: Bakıda yaradılmış seçki məntəqəsində 34 nəfər (34,34%) Makrona səs verib.

İkinci yerdə qərarlaşmış Jan-Lyuk Melanşon 25 səs (25,25%), üçüncü yeri tutmuş Erik Zemmur 10 səs (10,10%) qazanıb.

Makronun əsas rəqibi və “Milli Birlik” partiyasının lideri Marin Le Penə 8 nəfər (8,08%) səs verib.

Ümumilikdə, məntəqədə qeydə alınmış 189 nəfərdən 101-i seçkilərdə iştirak edib. Onlardan ikisinin səsi etibarsız sayılıb.

Xatırladaq ki, Fransada prezident seçkilərinin birinci turu aprelin 10-u baş tutub.

Seçici bülletenlərinin 100%-nin hesablanmasından sonra Emmanuel Makron ilk turda seçicilərin 27,84%-nin səsini toplamağı bacarıb. İkinci yerdə 23,15% səslə Marin Le Pen qərarlaşıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam