Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xalq rəssamı Tofiq Ağababayev vəfat etdi-FOTO

 

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev vəfat edib.

Yenixeber.org xəbər verir ki,  bununla bağlı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Siyavuş Əlizadə sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata əsasən, o, bu gecə 97 yaşında dünyasını dəyişib.

Tofiq Ağababayevlə bu gün saat 14:00-da Təzə Pir məscidində vida mərasimi keçiriləcək.

Qeyd edək ki, o, 1992-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adları ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Tofiq Ağababayevə 2008-ci ildə Prezidentin fərdi təqaüdü ayrılıb, 2023-cü ildə isə Xalq rəssamı “Şöhrət” ordeni ilə təltif edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam