Ermənilər müharibədə oğurladıqları külli miqdarda silah-sursatı təhvil veriblər
Ermənistanın Gorus icmasında, Sisian rayonunda yüzlərlə “Kalaşnikov” avtomatı, o cümlədən qumbaraatan, habelə xeyli sayda sursat polis əməkdaşlarına təhvil verilib.
Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı xəbər verir.
Qeyd edilir ki, silah-sursatlar ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun tabeliyində olub, lakin ayrı-ayrı şəxslər tərəfindən oğurlanıb. Silahlar Ermənistanın ayrı-ayrı rayonlarına Qarabağdan işğal dövründə gətirilib.
Polis vətəndaşlara cinayət məsuliyyətindən yayınmaq üçün qanunsuz silah və sursatları könüllü olaraq təhvil verməyə çağırıb.