Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

"Ərdoğan kimi müstəqil siyasətçi azdır" -""Hə" olan yerdə açıq şəkildə "hə" deyir, "yox" olan yerdə "yox" deyir"

 

"Müasir dünyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kimi öz qərarlarını verməkdə bu qədər müstəqil olan siyasətçilər azdır".
Yenixeber.org: Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib.
"Əlbəttə, hamı amerikalıların böyük təzyiqi altındadır. Və heç də bütün dövlətlər öz müstəqil mövqelərini ciddi şəkildə müəyyən etməyə güc tapmırlar. Və bu baxımdan, əlbəttə ki, müasir siyasi Olimpdə Ərdoğan kimi çox az adam var", - o vurğulayıb.

Kreml sözçüsü əlavə edib ki, amerikalılar bir çox ölkələri ikinci dərəcəli sanksiyalarla hədələyir.

"Bu məsələdə bütün ölkələr Türkiyə kimi deyil. Bizim Türkiyə ilə fikir ayrılıqlarımız var. Amma buna baxmayaraq, Türkiyə yenə də öz maraqlarından çıxış edir, "hə" olan yerdə açıq şəkildə "hə" deyir, "yox" olan yerdə "yox" deyir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam