Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“Türkiyə artıq regionumuzdakı hər məsələdə söz sahibidir” -Ərdoğan

“Türkiyə regionumuzdakı hər məsələdə diplomatik, hərbi, iqtisadi gücü ilə artıq söz sahibidir, bu artıq müzakirə mövzusu deyil”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin (MÜSİAD) 26-cı fövqəladə toplantısında bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə BMT-dən, G-20-dək olduğu hər yerdə artıq öz sözünü deməyi bacarır: “Suriyadan Liviyaya, Aralıq dənizindən Qafqazadək hər yerdə bu mövqeyimizin təsirlərini görmək mümkündür. Liviyaya, Azərbaycana dəstəyimiz bölgədəki sülhü təmin etdi. Türkiyə 81 vilayəti, 84 milyon vətəndaşı, qol-qanad gərdiyi qardaşları, tarix və mədəniyyət əlaqələri olan dost ölkələrlə birlikdə hədəflərinə yönəlmiş vəziyyətdədir”.

Türkiyə Prezidenti ölkəsinin hazırda texnologiya sahəsində öz markalarını bütün dünyaya qəbul etdirmək gücünə sahib olduğunu da vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam